SVG
SVG
Başlama tarixi: 2023-04-03

Azərbaycanda İnklüziv Təhsil

“İşıq” İB olaraq biz təhsilin həyatı dəyişdirmək gücünə inanırıq. Dövlətimizin Konstitusiya qanununa və təməl haqlara dair beynəlxalq qanunvericiliyə əsasən hər kəsin, o cümlədən xüsusi təhsil ehtiyacları və əlilliyi olan uşaqların, öz yaşıdları ilə bərabər şərtlərdə təhsil almaq hüququ vardır.

Xüsusi təhsil ehtiyacları və əlilliyi olan uşaqların təhsil haqlarının təşviqinə yönəlmiş məlumatların paylaşıldığı İnklüziv təhsil  facebook səhifəsinə daxil olmaqla mövzuya dair daha ətraflı məlumatlarla tanış ola, Azərbaycanda inklüziv təhsilə dair infoqrafika, hesabatlar, müxtəlif informativ videolar, həmçinin bu sahədə həyata keçirilən tədbirlər, islahatlara dair son məlumatları əldə edə bilərsiniz.