SVG
SVG

“Əziz müəllim!”

Paylaşılma tarixi: 2023-11-12



“Öyrətdiyin şeyi sev, lakin öyrətdiyin insanları daha çox sev.”

Effektiv müəllim olmaq üçün öyrətdiyin şeydən həzz almalısan, lakin əsas məsələ odur ki,  öyrətdiyin insanları daha çox sevməlisən. 25 illik müəllimlik təcrübəmdə öyrəndim ki, dərsi pozan və səhv yollarla özünə diqqət çəkməyə çalışan şagirdlər mənim emosional bağ qurmadığım uşaqlar idi. Əlbəttə, sizin təcrübənizdə də dərs keçdiyiniz bütün şagirdlərinizi sevəcəksiniz deyə bir qayda yoxdur. Lakin bu onları insan olaraq sevmədiyiniz, və ya onlara hər şeyin ən yaxşısını arzulamadığınız demək deyil. Ona görə də mən öyrədəcəyim məzmundan əvvəl uşaqlarla emosional bağ qurmağa diqqət yetirməyə çalışırdım. Belə etdikcə zamanla sinifdə bir çox davranış probleminin yoxa çıxdığını hiss edirdim. Uşaqlarla sinifdə həmin o münasibəti qura bildikdən sonra dünyada müəllimlikdən gözəl iş yoxdur, həqiqətən. Uşaqlara qarşı həqiqi sevgin olmasa, müəllimlik karyerasında sağ qalmağın demək olar ki, mümkün deyil.  

Mənbə: Brad Johnson & Hal Bowmanın “Əziz müəllim!” kitabından bir hissə

Image